Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən rayon sakini - 1959-cı il təvəllüdlü R.Qəhramanovanı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 65 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.