EN

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.

Ölkə ba,çısının mətbiat xibməti xəbər verir ki, Əliyev Trampı ABŞ Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.

Əliyev deyib ki, Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən Əliyev ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Donald Tramp öz növbəsində təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirib və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə çalışmağın vacibliyini qeyd edib.

 

Chosen
48
turan.az

1Sources