EN

Tədqiqat: 416 milyon il əvvəl yaşamış bir canlı hələ də Yer kürəsində dolaşır

Quyruqsuz qamçı əqrəbləri (Amblypygi), qədim araxnidlər sinfinə aid olub, təxminən 416 milyon il əvvəl yaranıb.

QHT.az xəbər verir ki, hörümçəklər və ya əqrəblər olmasalar da, bu sinifdəki unikal nümayəndələrdir. Onların altı yeriyən ayağı və "qamçı" kimi uzanan ön ayaqları ətraf mühiti araşdırmaq və ovlamaq üçün istifadə olunur. Görmə qabiliyyətləri zəif olduğundan əsasən titrəmələri hiss edərək qidalanırlar. Böyük həşəratlar, qurdlar və kiçik onurğalılarla qidalanan bu canlılar, təbiətdə 5-10 il, əsirlikdə isə daha uzun ömür sürə bilirlər. İnsanlar üçün təhlükəsizdir və ev heyvanı kimi də saxlanılırlar.

 

R.İmanov

Chosen
49
qht.az

1Sources