Çexiyada Rusiya vətəndaşlarına çex vətəndaşlığı almaq qadağan oluna bilər.
SeherXeber.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu təşəbbüsü respublika parlamentinin deputatları irəli sürüb.
Təşəbbüs artıq parlamentin təhlükəsizlik komitəsi tərəfindən təsdiqlənib. Sənədləşdirilmiş variantın dekabrın 3-də Çexiyanın ali qanunverici orqanının təsdiqinə təqdim edilməsi planlaşdırılır.
Qeyd edilir ki, bu təklif Rusiya tərəfinin Ukrayna ərazisindəki hərəkətləri ilə bağlıdır.