EN

Ukrayna bu raketlə Rusiyanı vura bilər - ABŞ təsdiqlədi

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Kursk bölgəsinə və ətraf ərazilərə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsinin olduğunu axır ki, rəsmən təsdiqləyib.
Manset.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. "Hazırda onlar təxirəsalınmaz hallarda özünümüdafiə üçün ATACMS-dan istifadə etmək imkanına malikdirlər. Və elə indi Kursk və ətrafında nələrin baş verdiyi sizə aydındır”, - deyə Kirbi bildirib. O, həmçinin etiraf edib ki, Amerika administrasiyası Ukrayna qoşunlarının xüsusi hədəf növlərini vurmaq üçün ATACMS raketlərindən istifadə imkanları ilə bağlı təlimatı həqiqətən də dəyişib.

Qeyd edək ki, Ukrayna artıq bir həftədir ki, ATACMS raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etsə də, ABŞ bu icazəni verdiyini rəsmən təsdiqləməmişdi.

Chosen
5
2
manset.az

5Sources