ABŞ Prezidenti Donald Tramp sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə yeni tariflər tətbiq edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prezident minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə cinayət və narkotik gətirdiyini bildirib.
Tramp hazırda açıq olan ABŞ sərhədini keçmək üçün Meksikadan gələn böyük insan karvanının qarşısıalınmaz göründüyünü deyib:
“Yanvarın 20-də ilk icra sərəncamlarımdan biri olaraq, Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara və absurd şəkildə açıq sərhədlərinə 25 faizlik rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tariflər narkotiklər, xüsusilə fentanil və bütün qeyri-qanuni miqrantların ölkəmizə hücumunu dayandırana qədər qüvvədə qalacaq”.
Tramp ABŞ-a göndərilən külli miqdarda narkotik, xüsusilə fentanillə bağlı Çinlə çoxsaylı danışıqlar apardığına da diqqət çəkib:
“Çinli nümayəndələr mənə söylədilər ki, bunu edən narkotik alverçilərinə ən yüksək cəzanı, edam cəzasını tətbiq edəcəklər, amma təəssüf ki, bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır, əsasən də Meksika vasitəsilə. Biz bunu dayandırana qədər ABŞ-a daxil olan bütün Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq edəcəyik”.