EN

Hamilə qadın qəfil vəfat etdi

Sumqayıtda hamilə qadın qəfildən dünyasını dəyişib.

Viral.az xəbər verir ki, 41 yaşlı Xəyalə Musayeva yeni köçdüyü ünvanda qəfil pisləşən halı səbəbilə həyatını itirib. Qonşuların verdiyi məlumata əsasən, qadının vəziyyəti qəfildən ağırlaşıb və təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

Sumqayıt Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, Xəyalə Musayeva bu günə qədər hamiləliyi ilə bağlı heç bir dəfə xəstəxanaya müraciət etməyib. Hadisə baş verdikdə isə tibb mərkəzi yalnız mənzilə çağırış alıb. Mərhumun ölüm səbəbi hələ məlum deyil.

Son Yazılar:

 

Chosen
4
2
viral.az

3Sources