Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Odlar Yurdu Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Biznes Psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi layihəsinə qeydiyyat başladı.
Layihə, gənc sahibkarlar arasında biznes psixologiyasının öyrənilməsi, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və qərarvermə proseslərində dəstək göstərilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində iştirakçılar biznes psixologiyasının əsasları, liderlik və qərarvermə bacarıqları, stressin idarə olunması üsulları, real biznes keysləri üzərində iş və praktiki həll yollarının tapılması kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Layihə xüsusilə Bakı və regionlardan olan startap qrupları, mikro sahibkarlar və sosial sahibkarlıqla məşğul olan gəncləri əhatə edir.
DOĞRU.AZ