EN

Ermənilər işğal etdikləri ərazilərdə ekologiyaya ciddi ziyan vurublar- ÖZƏL

"İşğal olunmuş Azərbaycan ərazilərindən qaçan ermənilər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
olaylar.az

1Sources