EN

Çinin Trampa cavabı: Ticarət müharibəsində qalib olmur

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çindən idxala əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Marja xəbər verir ki, gözlənilən bu addım Çinin Vaşinqtondakı səfirliyi tərəfindən “heç kəsin qalib gələ bilməyəcəyi müharibə” kimi qiymətləndirilib.

Çin səfirliyinin sözçüsü Liu Pengyu iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının qarşılıqlı faydaya əsaslandığını vurğulayıb.

Liu, "Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gələ bilməz" deyib. 

Trampın açıqlamalarından sonra Çinin bu tarif təhdidlərinə cavab verə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin hələ də tətbiq olunmayan bu tariflərin təsirləri və iki ölkə arasında ticarət əlaqələrinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Chosen
53
marja.az

1Sources