Dünya aviasiya tarixində bir ilk olan qısa uçuş-enmə gəmisindən havaya qalxıb enən "Bayraktar TB3 SİHA" gəmi sınaqlarını uğurla davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
"Bayraktar TB3" Çanaqqala sahillərində üzən "TCG Anadolu" gəmisində dünən keçirilən ikinci uçuş sınağında eniş dəstək avadanlığından istifadə etmədən iki dəfə uğurla eniş edib və havaya qalxıb.
Qeyd edilib ki, sınaq parametrlərini uğurla yerinə yetirən PUA, orta hesabla 20.000 fut yüksəklikdə uçaraq testi uğurla başa vurub.