19 yaşadək qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13.00-da başlayacaq. Qrupun digər matçında isə Cənubi Kipr və Estoniya milliləri üz-üzə gələcək.
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Cənubi Kiprlə qarşılaşacaq.