EN

Azərbaycanda “Black Friday“ fırıldağı

Bəzən “Black Friday” adının insanlara mənfi təsiri səbəbi ilə böyük onlayn mağazalar endirim kampanyalarını “möhtəşəm cümə”, “super cümə”, “gözlənilən cümə” olaraq fərqli adlarla adlandırlar.

Xüsusilə onlayn ticarətdə “Black Friday” yüksək ticarət göstəriciləri yaradır. 2019 ildə “Black Friday” endirimləri zamanı 93 milyondan çox istehlakçı onlayn mağazalardan alış-veriş etmişdi. Həmin ildə alış-veriş həcmi 7.4 milyard dolları keçdi ki, bu da indiyə qədərki ən yüksək məbləğ olub. 

Azərbaycanda “Black Friday” günü təklif edilən endirimlər nə qədər realdır? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az"-a açıqlamasında deyib ki, iri marketlər şəbəkəsi, xüsusilə də elektron məhsullar satan mağazalarda endirimlər təklif edilir:

"Lakin bu endirimlərin nə qədər real olması sualı müştəriləri hər zaman düşündürür. Məsələn, dünyanın məşhur elektron ticarət platformalarında istehlakçılar məhsulların qiymətini bilir. Lakin Azərbaycanda sabit elektron bazar olmadığından, təqdim edilən məhsulların endirimdən öncəki sabit qiymətləri heç kimə məlum deyil". 

O bildirib ki, Azərbaycanda “Black Friday” mallarına yüksək endirimlər tətbiq edilsə də, müştərilər risk almaq istəmirlər:

"Çünki “Black Friday” endirimləri ilə alınan məhsullar geri qaytarılmır, dəyişdirilmir. Bu, öncədən reklamlarda qeyd edilməsə də mağazaya müraciət etdikdə adətən istehlakçı məlumatlandırılır. Nəticədə “Black Friday” günü satışa yüksək endirimlə təqdim edilən məhsulların xarab, qüsurlu ya da ikinci əl olduğu iddiaları ortaya çıxır". 

Ekspert hesab edir ki, Azərbycanda istahlakçı ilə ticarətçi arasında ən vacib olan etibar anlayışı ciddi şəkildə sarsılıb:

"İlk növbədə brendə çevrilməyə çalışan iri marketlər etibar qazanmağa diqqət etsələr, o zaman Azərbaycanda da “Black Friday” günü həqiqətən də ticarət dövriyyəsi yüksələ bilər. Lakin bizim bəzi işbazların spekulyasiyaya yol verməsi “qara cümə2yə olan inamı sarsıldır".

Həsən Məmmədov

"Cebheinfo.az"

Chosen
10
cebheinfo.az

1Sources