Böyük Britaniya bu yaxınlarda Ukraynaya “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərin yeni partiyasını təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, çatdırılma Britaniya hökumətinin Ukrayna qüvvələri üçün bu silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarından, eləcə də amerikalıların öz uzaqmənzilli raketləri ilə bağlı analoji qərarından əvvəl baş tutub.
Nəşrin mənbələri bildirib ki, söhbət onlarla “Storm Shadow” qanadlı raketindən gedir. Onlar təhlükəsizlik məsələlərini əsas gətirərək, raketlərin nə vaxt gəldiyini dəqiqləşdirməkdən və ya dəqiq sayını deməkdən imtina ediblər:
“İctimaiyyətə açıqlanmayan tədarüklər bir neçə həftə əvvəl həyata keçirilib”.