EN

İrəvan sərhəddə silah toplayır: Bakı yeni tələblər irəli sürəcək? - Açıqlama


“Hazırda Ermənistan Qərbi Zəngəzur bölgəsində ciddi şəkildə silahlanmaqdadır. Əraziyə ağır artilleriya, raket kompleksləri yerləşdirilib. Bu isə Azərbaycan dövlətçiliyi üçün ciddi çağırış deməkdir. Ona görə də, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistanın silahsızlaşdırılması kimi tələblər irəli sürə bilər”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.



Onun sözlərinə görə, əgər Ermənistan danışıqlarda özünü qeyri-obyektiv aparacaqsa, belə bir tələbin olması qaçılmazdır. Hələlik isə Bakı İrəvandan Ermənistan Konstitusiyasında olan əsassız iddiaları aradan qaldırmağı tələb edir:

“Hələ ki, sülh müstəvisində danışıqlar gedir. Sadəcə olaraq, burada həllini tapmayan məsələlər var. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır. Ermənistan hakimiyyəti normativ hüquqi aktlarla bağlı məsələyə də yenidən baxmalıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının uzanması bölgədə vəziyyətin gərginləşməsi deməkdir”.

Sevinc,
BakuPost
Chosen
16
bakupost.az

1Sources