Ötən il Rusiyada Quranı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətə azadlıqdan məhrum edilən Nikita Juravelə dövlətə xəyanət ittihamı üzrə hökm oxunub.
Bakıavxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 14 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, N. Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığına görə saxlanılaraq Çeçenistana göndərilmişdi. O, dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.