EN

"Tramp Zelenskini danışıqlara razı salacaq, ya da..." - Andiçmədən sonra nələr olacaq?

Kremlin mətbuat katibi Dmitri Peskov Trampın komandasının bu il Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləmək niyyətində olması barədə məlumatı şərh edib. O, Rusiya Prezidenti Vladimir Putinin sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqlədiyini deyib. Rəsmi Moskva bundan əvvəl də oxşar açıqlamalar verib. Ancaq Rusiya bunun üçün həm də öz şərtlərini irəli sürür. Ukrayna isə bununla razılaşmır. 

 

Maraqlıdır Trampın andiçmə mərasimindən sonra ABŞ-nin Ukraynaya münasibəti necə dəyişəcək? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir:

 

“Rusiyanın mövqeyi də onu deməyə əsas verir ki, rəsmi Moskva ABŞ-dəki seçkilərin nəticəsindən məmnundur. Perspektivdə ABŞ dəstəyi azaldar və ya tamamilə dayandırarsa, bu, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər”.

 

Siyasi şərhçi bildirdi ki, mümkün danışıqlarla bağlı isə iki versiya mümkündür: 

 

“Ya Tramp hakimiyyətinin ilk vaxtlarından Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara razı salacaq, ya da məcbur edəcək. Əlbəttə, Rusiyanın da imkanları getdikcə tükənir. Ona görə də danışıqlara açıqdır. Rəsmi Moskva təşəbbüsün öz əlində olduğunu bilir, ona görə də “oyun qaydalarını” diktə etməyə çalışır. Rusiyanın ən azı yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir”.

 

Günay Rəsulqızı

Chosen
30
sfera.az

1Sources