EN

“Təxribatlara hazır olmaq lazımdır”- Rusiya FTX

Qərb MDB ölkələri arasında müttəfiqlik münasibətlərinə kobud şəkildə müdaxilə etmək cəhdlərini dayandırmayacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən görüşündə bildirib.

O, xəbərdarlıq edib ki, təxribatlara hazır olmaq lazımdır.

“Birləşmiş Ştatlar, Böyük Britaniya və onların müttəfiqləri MDB çərçivəsində müttəfiqlik münasibətlərinə kobud müdaxilə etməyə, inteqrasiya proseslərinə mane olmağa və birlik məkanının təhlükəsizliyini və sabitliyini təmin etmək istiqamətində birgə fəaliyyətlərimizi gözdən salmağa cəhd göstərəcəklər”, – Bortnikov deyib.

Azpost.info

Chosen
12
azpost.info

1Sources