EN

Türkiyə Rusiya qazı və “Qazprombank”la bağlı ABŞ-a çağırış etdi

Mavi yanacağın alınması ilə bağlı “Qazprombank” vasitəsilə əməliyyatlar aparmaq üçün Türkiyə ABŞ-dan istisna almalıdır.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, əks halda sanksiyalar Rusiyaya qarşı tətbiq edilməyəcək, məhdudiyyətlərin hədəfi Ankara olacaq.

“İrana qarşı sanksiyalar tətbiq olunanda təbii qaz alışına istisnalar qoyuldu. Biz ABŞ-dan da oxşar addımlar  istəyirik”, – Bayraktar vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi bu istiqamətdə danışıqlar aparır. O, bu çağırışı ABŞ-ın “Qazprombank”a və onun altı xarici törəmə şirkətinə qarşı sanksiyaları fonunda edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, ölkə idxal olunan mavi yanacağın təxminən 40 faizini “Qazprom”dan alır.

Azpost.info

Chosen
41
azpost.info

1Sources