EN

Şoyqu “Taliban” rəsmisi ilə hansı məsələləri müzakirə edib?

"Taliban Rusiyadan ABŞ və digər Qərb ölkələrinin təzyiqlərini azaltmaq üçün kömək gözləyir”.

Missiya.Az xəbər verir ki, bunu "Taliban" hökumətinin baş nazirinin müavini Molla Əbdül Qani Baradar Rusiya Federasiya Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.

“Bildiyiniz kimi, İslam Əmirliyinin Əfqanıstanda qələbəsindən sonra ABŞ və Qərb dövlətləri bizə hər cür təzyiq göstərirlər. Ona görə də biz Rusiya Federasiyasının həmin təzyiqi neytrallaşdırmaqda bizə kömək edəcəyini gözləyirik”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Dövlət Dumasına “Taliban” hərəkatının terrorçular siyahısından çıxarılması ilə bağlı qanun layihəsi təqdim edilib.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
6
2
missiya.az

4Sources