“Müharibə veteranları əlilliklə bağlı müraciət edirlər. İndi bunu kompüter bilmirsə, göstərmirsə güzəşt etmək lazımdır. Yəni müharibə elə bir şeydir ki, əgər qucağında avtomat döyüşdə olmamısansa, yanında həlak olan döyüş yoldaşının stresini yaşamamısansa, bunu bilməzsən”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, əlilliklə bağlı müraciət edən müharibə iştirakçılarına əlillik dərəcəsinin verilməsində güzəştlər olunmalıdır.
Günay Şahmar, Bziim.Media