EN

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olundu

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Adalet.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 4 saylı Naxçıvan şəhər, 101 saylı Samux-Şəmkir, 78 saylı Lənkəran kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Eyni zamanda MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 103 saylı Şəmkir kənd seçki dairəsinin dairə seçki komissiyasının üzvü vəzifəsindən azad edilib və onun yerinə təyinat olub.

MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən isə 102 saylı Şəmkir şəhər seçki dairəsinin dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Chosen
1
7
adalet.az

8Sources