EN

Bu xəstəxananın təmirinə 1 milyona yaxın xərclənəcək

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmir olunması ilə bağlı işlərə başlanılır.

Azreform.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxs hazırlıqlara başlayıb.

Belə ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.

Qurum xəstəxanada sözügedən işlərin icrasının 924 412 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.

Chosen
3
11
azreform.info

10Sources