“YARAT” Müasir İncəsənət Məkanı Moskva “Praktika” teatrı ilə birgə İosif Brodskinin şeirləri əsasında hazırlanmış “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir.
AZƏRTAC xəbər verir ki, “Praktika” 2005-ci ildə rejissor Eduard Boyakov tərəfindən yeni dram üçün eksperimental mərkəz kimi yaradılmış Moskva teatrıdır.
“Praktika” teatrının və “Jack's Garret” küçə-eksperimental rəqs komandasının plastik tamaşası Cozef Brodskinin şeirlərindən ilhamlanan unikal səhnə quruluşudur. O, tamaşaçını böyük şairin yaratdığı metaforalar və ideyalar aləminə qərq olmağa dəvət edir, yaradıcılıq və seçim əzablarını yaşayan baş qəhrəmanın şüuruna nüfuz edərək sonsuz təxəyyül imkanı yaradır.
Xoreoqraflar Anna Deltsova və Aleksandr Tronov Brodskinin şeirlərini yenidən şərh edərək, hər bir tamaşaçının öz şərhini tapa biləcəyi bir çox rəqslər yaradıblar. Bu, küçə rəqsi və müasir rəqs texnikalarını birləşdirərək, hərəkətin gücünü və şeirin dərinliyini birləşdirən struktur əmələ gətirir.
Dekabrın 5-də baş tutacaq tamaşada Aleksandr Tronov və Aleksandr Alyoxin iştirak edəcəklər.