Deyilən istiqamətdə marşrut xəttinin açılmasının hərəkətə necə təsir göstərəcəyini nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlayıb:
"Sumqayıta 20 Yanvar və Azadlıq metro stansiyalarının ərazisindən marşrut xətləri açılmışdı. 20 Yanvar ərazisindən növbəti marşrut xəttinin açılması əlbəttə ki müsbət haldır. Bunun Bakı-Sumqayıt istiqamətində vətəndaşların sərbəst hərəkətini təmin edəcəyini düşünürəm. Yeni marşrut xətti başqa yolla da təşkil oluna bilər, vaxta qənaət etmək üçün. Ola da bilər ki, ənənəvi Bakı-Sumqayıt şossesi ilə hərəkət etsin. Nəticədə sərnişinlərin daşınmasında irəliləyiş əldə olunacaq".
Törə Zeynallı
Demokrat.az