EN

"İkiüzlülük hamı kimi Türkiyənin də ümidlərini puça çıxardı"

"Fələstin xalqı bu çətin günlərin sonunda rahatlıq, sülh və əmin-amanlığa qovuşacaq. Zalımlar uduzacaq, Fələstin məsələsində uğur əldə ediləcək".

SİA xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

BMT Təhlükəsizlik Şurasından tutmuş beynəlxalq media təşkilatlarına qədər üz tutulan hər yerdə şahidi olunan ikiüzlülüyün hamı kimi Türkiyənin də ümidlərini puça çıxardığını qeyd edən dövlət başçısı deyib:

"Bütün bu mənfiliklərə baxmayaraq, sionist lobbisinin təzyiqlərinə boyun əymədən, heç kimdən çəkinmədən və qorxmadan Fələstin xalqını və qəzzalıları dəstəkləyirik və bundan sonra da dəstəyimizi davam etdirəcəyik.

Soyqırım cinayətkarları tökdükləri günahsız qanlara görə mütləq cavab verəcəklər. Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs qərarı verməsi bu istiqamətdə çox cəsarətli addımdır. Netanyahu və onun qətliam şəbəkəsi üçün dairə getdikcə daralır."

Chosen
60
1
sia.az

10Sources