Niderlandın "AZ Alkmaar" klubu UEFA Avropa Liqasının V turu çərçivəsində "Qalatasaray"la keçiriləcək görüşə rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulan tribunadan başqa yerlərə bilet alanları stadiona buraxmayacaq.
hakimiyyet.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Buna səbəb olaraq azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Qeyd edək ki, "AZ Alkmaar" - "Qalatasaray" görüşünü stadiondan izləmək və bilet əldə etmək istəyən azarkeşlər kluba müraciət etməli olacaqlar. Qonaq azarkeşlərin yerləşdiyi sektor üçün biletlərin satışı onlayn həyata keçirilmir.