Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.
Bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.
Qeyd edilir ki, problemlÉ™ baÄŸlı sÉ™rniÅŸinlÉ™rÉ™ sÉ™sgüclÉ™ndirici vasitÉ™silÉ™ mÉ™lumat verilib. Bir müddÉ™t sonra nasazlıq aradan qaldırılıb./Teleqraf.com Â