EN

“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar - VİDEO

Müğənnilər Aygün Şükürova və Yaşar Cəlilov arasında efirdə qalmaqal yaşanıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, sənətçilər qonaq olduqları “Gün ortası” verilişində söz savaşına çıxıblar.

Əvvəlcə studiyaya Aygün dəvət olunub. Şükürova “Növbəti qonağını çağır gəlsin. O, mənə çox maraqlıdır. Onunla burada söhbətlərimiz olacaq” deyib.

Bu anda isə Aygünün həyat yoldaşı, rejissor Kənan Mahmudov proqramın aparıcısı Zümrüd Bədəlovaya zəng edib.

Lakin Zümrüd onun zəngə cavab verməyib. 

Bir neçə saniyədən sonra kulis arxasında dayanan və təqdimatını əsəbi halda gözləyən Yaşar aparıcıya “Əgər mənə uyğun olmayan söhbətlər olarsa, çıxıb gedəcəyəm” deyərək studiyaya daxil olub və mahnısını ifa edib.

Həmkarının ifası zamanı Aygün studiyanı tərk edib.
 

Zümrüd Yaşardan kulisdə Aygünlə aralarında nə baş verdiyini soruşub. Cəlilov qısa olaraq bildirib ki, bu söhbəti efirdə açmaq istəmir. O bildirib ki, kulisdə Kənanla danışıb və məsələyə aydınlıq gətirib və mövzunu verilişə qatmaq istəmədiyini qeyd edib. 


“Mən Aygünün özünü, xətrini və sənətini çox istəyirəm. Bizim mövzu ilə bağlı fikir ayrılığımız var”, - deyə Yaşar bildirib.

Aygün isə Yaşarın bu sözlərinə “İndiyə kimi heç zaman heç kimlə efirdə qalmaqalla yadda qalmamışam. Mən özümdən danışıram, çünki o qalmaqallara mənim ehtiyacım yoxdur. Kulis arxasında bayağı görüntüsü olan xanım ifaçının mahnısından söz düşdü.

Mən də dedim ki, mən nə mahnılarını, nə də ki onun özünü bəyənirəm. Amma Yaşar deyir ki, “mən bəyənirəm”. Əgər sən bəyənirsənsə, niyə mənə deyirsən ki, “dayan, sus indi Kənana zəng edirəm”. Bu nə deməkdir? Mən səni başa düşmədim. Sən axı mənim hansı hərəkətimə görə məni Kənana şikayyət edirsən? Nə vəziyyət olmuşdur? Səni döyürdük?” cavabını verib.

Bu ifadələrdən qəzəblənən Cəlilov “Məni döyən hələ anasından olmayıb. Mənimlə elə söhbətlər eləmə. Mənə kulis arxasında olan söhbətləri danışmaq yaraşmaz. Mən ömür boyu qeybəti sevməmişəm. Zərrə qədər yalan deyirəmsə, Allah mənə qənim olsun.

Aygün kulisdə deyir ki, “Tolik (Tarix Əliyev) “TikTok”u bəyənmir, amma özü bütün günü orada canlı yayım açır”.

Mən də deyirəm ki, səmimi ol, get bunu onun üzünə de. Mən səhv deyirəm? Yanımda heç kimin qeybətini eləmə. Əzizim, Tolikə sözün varsa, zəng elə üzünə de efirdən demə. Sənin başına dönüm, yanımda qeybət eləmə” ifadələr səsləndirib.
 

Şükürova “Mən Tolikin elə üzünə də bu sözləri deyirəm. Sən indi çox gülməli vəziyyətdəsən. Sən özün qeybət eləmirsən? Ayıb olsun sənə” deməsinə Cəlilov “Ayıb olsun elə sənə. Kimin mən qeybətini edirəm? Mən Kənana hörmət edirəm” cavabını verib.


İkili arasında gərginlik daha da artdığından proqram reklam fasiləsinə çıxıb. 


Bizim.Media

Chosen
19
2
bizim.media

2Sources