EN

Əfsanəvi "Rolls-Royce" hərraca çıxarılacaq

Bakı. Trend:

"Aguttes" auksionunda Paris-Dakar rallisi üçün xüsusi olaraqhazırlanmış və "Jül" adı ilə tanınan "Rolls-Royce Corniche"avtomobili satışa çıxarılacaq.

Trend-inməlumatına görə, bu barədə auto.ru xəbər yayıb. 1981-ci ildəkiyarış üçün nəzərdə tutulan avtomobilin orijinal "Rolls-Royce" iləçox az oxşarlığı var. Avtomobilin qiymətinin 400-800 min avroarasında olacağı gözlənilir.

Avtomobilin mühərrik bölməsində "General Motors"un istehsalıolan 5.7 litrlik V8 mühərrik istifadə edilib. Korpus panelləriplastik şüşədən hazırlanıb, yalnız şüşələr, bamperlər və radiatorbarmaqlığı orijinal "Rolls-Royce" ilə eynidir.

Avtomobil, layihənin sponsoru olan məşhur "Cristian Dior" dəbevinin ətirlərindən birinin şərəfinə "Jül" adını alıb. Lakin,prototip qəzaya uğrayaraq Dakarda heç bir titul qazana bilməyib.Onun bərpası isə 150 000 avroya başa gəlib.

Chosen
35
az.trend.az

1Sources