EN

"Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaq"

Üzgüçülük üzrə Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 5-dən başlayan təlim-məşq toplanışında 16 üzgüçü və 5 məşqçi iştirak edib.

Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq edib. Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov təlim-məşq toplanışının məqsədinin qarşıdan gələn vacib yarışlara hazırlıq olduğunu bildirib:

“5-24 noyabrda milli tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq

Azərbaycan Açıq Qış çempionatına və ən əsası 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqdır.

Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər.

Toplanışda məqsəd həmçinin üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi.

Azərbaycanda təşkil olunan yarışlardan sonra 5-18 dekabrda idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.

Chosen
35
sportinfo.az

1Sources