EN

Sankt-Peterburqda MDB ölkələrinin liderləri görüşəcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində məlumat verib.

 

“Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”, - deyə Uşakov bildirib.

 

O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.

Chosen
1
7
modern.az

9Sources