EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 497 Bakı şəhəri, 25 noyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 210 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatının və avtomobil yollarının səfərbərlik hazırlığı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2076 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 210 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 800 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatının və avtomobil yollarının səfərbərlik hazırlığı Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur, məxfi).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
11
xalqqazeti.az

1Sources