Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən qadını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən şəxs bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Zeynalova Səriyyə Tofiq qızı olub.
Fakt araşdırılır.