EN

Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq müşahidə olunur? - Millət vəkilindən şərh

Bakı və Ankara arasında soyuqluq olduğu iddia edilir...

Millət vəkili: “Türkiyə və Azərbaycan arasında soyuqluğu hiss etmirəm”.

Azərbaycan və Türkiyə həmişəki kimi qardaşlıq kursunu davam etdirəcək”.

Bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə və Azərbaycan arasında soyuqluq yaranıb iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Tayyib Ərdoğanın İsrail Prezidenti İshaq Hersoqun COP29-da iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəyə icazə verməməsi iki ölkə arasında soyuqluq yaratdığı iddia edilir.

Bəs, gazırkı dönəmdə Türkiyə-Azərbaycan münasibətlərində xüsusi gərginliyin olması nə qədər inandırıcıdır?

Türkiyə-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Ola bilsin ki, hansısa xarici siyasətdə, məsələlərə baxışda bir fərqlilik ola bilər. Çünki biz ayrı-ayrı dövlətlərik”.

Strateji baxışlarımızda ili ölkə arasında heç bir fərqin olmadığını vurğulayan millət vəkili Poliqon-a bildirib ki, Azərbaycan və Türkiyə həmişəki kimi qardaşlıq kursunu davam etdirir:

“Türkiyə və Azərbaycan arasında soyuqluğu hiss etmirəm. Keçən həftə Türkiyədə konfransda oldum və önümüzdəki həftədə də konfransda oldum. Orada da iki ölkə arasında hər hansı soyuqluq olduğunu müşahidə etmədim. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında soyuqluq ab-havası hiss olunmur.

Ola bilsin ki, hansısa xarici siyasətdə, məsələlərə baxışda bir fərqlilik ola bilər. Çünki biz ayrı-ayrı dövlətlərik. Amma strateji baxışlarımızda heç bir fərq yoxdur. Azərbaycan və Türkiyə həmişəki kimi qardaşlıq kursunu davam etdirəcək”.

Nərminə UMUDLU
Poliqon.info

 

Chosen
15
poliqon.info

1Sources