EN

Ucarda DOST Mərkəzi açılsın



"Respublikanın mühüm strateji əhəmiyyətə malik, İpək Yolunun mərkəzində yerləşən Ucar rayonunda DOST Mərkəzinin açılması məqsədəuyğun olardı".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramil Həsən deyib. Millət vəkili bildirib ki, Ucarda DOST Mərkəzinin açılması öz növbəsində rayonda işsizlik probleminin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər:

"Seçicilərimizlə görüşdə bu təkliflər səsləndirilir. Hesab edirəm ki, dövlətin imkanları daxilində Ucarda DOST Mərkəzi açılsa yaxşı olar".

Süleyman
Chosen
20
newscenter.az

1Sources