EN

"Lion" Bakıya iki itki ilə gəldi - Şəkillər

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Lion" Bakıya gəlib.

QOL.az xəbər verir ki, Fransa təmsilçisi səgər saatlarında Azərbaycana çatıb.

Komandanın baş məşqçisi Pyer Saj iki futbolçunun xidmətindən məhrum olub.  Hücumçular Vilfred Zaha və Qift Orban zədəli olduğu üçün  komandadan kənarda qalıb. Əvəzində isə heyətə gənc oyunçu  Enzo Moleben dəvət edilib.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

 










SəhifəninYuxarı

Chosen
9
teleqraf.com

1Sources