EN

Deputat arvadını vəzifəyə təyin etməsi söhbətinə aydınlıq gətirdi

“Universitetdə rektor var, əmri də o verir”.

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib.

O, əmisi qızı Samirə Vəliyevanı Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri  vəzifəsindən azad etməsi, həmin vəzifəyə xanımı Nərminə Vəliyevanın gətirməsinə görə tənqidə münasibət bildirib.

S.Vəliyev bildirib ki, universitetlə bağlı əmrləri vermək onun səlahiyyətləri xaricindədir.

“Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”.

Deputat  son vaxtlar Odlar Yurdu Universitetinin  rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevin  səhhətində problem yarandığı üçün universitetə nəzarəti özünün həyata keçirilməsinə də aydınlıq gətirib:

“Xeyr, yalan söhbətdir, elə bir məsələ də yoxdur”.

Xatırladaq ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.

Chosen
1
3
konkret.az

4Sources