EN

Mediada çalışanların 43 faizi qadın, 57 faizi isə kişilərdir

Mətbuat Şurasının (MŞ) keçirdiyi sorğuya əsasən, bəlli olub ki, Azərbaycan mediasında qadınların sayı təxminən 43, kişilərin sayı isə 57 faizdir.

Modern.az xəbər verir ki, bunu MŞ-nin sədri Rəşad Məcid "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin sonuncu toplantısında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, qənaətbəxş göstərici sayıla bilər:

"Bizdən tez-tez soruşulan suallardan biri də Azərbaycan mediasında gender balansı mövzusu idi. Sorğumuzun nəticələrinə əsasən, hazırda jurnalistika sahəsində 43 faizdən çox qadın fəaliyyət göstərir. Lakin rəhbər vəzifələrdə çalışan qadın jurnalistlərin sayı 20 faiz təşkil edir. Ümid edirik gələcəkdə rəhbər vəzifələrdə çalışan qadınların da sayı artacaq".

Chosen
87
1
modern.az

10Sources