“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Brest”lə ev oyununu (3:0) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Üç top fərqi ilə layiqli qələbə. Bundan da çox qol vura bilərdik, amma yenə də nəticədən razıyam. Nə yaxşı ki, “Selta” ilə oyundan (2:2) sonra belə bir səmərə nümayiş etdirdik və düzgün nəticə çıxardıq”, deyə Flik vurğulayıb.
5 turdan sonra 12 xal toplamış “Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Brest” isə 10 xalla 9-cu pillədədir.