EN

"Bu, Zelenskinin siyasi sonu olacaq" -Kuleba

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp çətin ki, ölkəmiz üçün əlverişli şərtlərlə Ukraynada müharibənin bitməsinə nail ola bilsin". 

Oxu24.com xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib. 

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin Ukrayna ilə sövdələşməyə hazır deyil.

Kuleba hesab edir ki, Rusiyanın müttəfiqləri Ukraynanın tərəfdaşlarından qat-qat qətiyyətli davranırlar:"Putin hələ də Ukrayna dövlətçiliyini məhv edə biləcəyinə və Ukraynanı müstəqil demokratiya kimi əzəcəyinə inanır və hesab edir ki, Qərbi zəif göstərməyə bir addım qalıb. Ukrayna Putinin şəxsi vəsvəsəsidir, amma Ukraynanı əzmək də onun üçün bir vasitədir. Böyük məqsəd bütün dünyaya Qərbin özünü müdafiə etmək iqtidarında olmadığını və nəyi müdafiə etdiyini göstərməkdir". 

Seçki kampaniyası zamanı Tramp Ukraynada müharibəyə son qoyacağına söz verib və bunu bir gündə edə biləcəyi deyib. ABŞ-nin yeni prezidentinin müqaviləsində çox güman ki, Rusiyanın xeyrinə ərazi güzəştləri və silahsızlaşdırılmış zonanın yaradılması daxildir.

Kuleba bu planın baş tutmayacağını bildirib. Bundan əlavə, diplomat belə bir sazişin Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən imzalanmayacağını vurğulayıb: "Ruslar Donbası saxlayır, Krımı saxlayırlar, Zelenski müqaviləni imzalaya bilməz, çünki bu, Zelenskinin siyasi sonu olacaq".

Chosen
3
oxu24.com

1Sources