EN

“Ünvanlı sosial yardım üçün müraciət etmişik, gəlib baxış keçirilmir” – QAZAX SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Qazax rayonu, Birinci Şıxlı kənd sakini Əhmədova Fatma Oruc qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Əhmədova Fatma Oruc qızı, yazaraq bildirirəm ki, həyat yoldaşım Vəliyev Elbrus Telman oğlu ünvanlı sosial yardım üçün müraciət edib. Lakin hələ də evimizə baxış üçün gələn olmayıb.

Məlumat verim ki,  4 uşağım var, hamısı da məktəbə gedirlər. Onlara qış paltarları almaq istəyirəm, amma maddi imkanım yoxdur.

Bir övladım gözdən əlildir, o biri gözü də ağrayır. 250 manat əlillik pulu alırıq.

2 dəfə “Prime” hospitalda gözündən əmaliyyat olunub. Müalicəni davam etdirməyə gücümüz çatmır. İstəyirəm ki, ünvanlı sosial yardımımız düzəlsin.

Qaynatam da hepatit xəstəsidir. Aldığı 220 manat müavinəti özünə ancaq çatır.

Oğlum əmaliyyat olunanda kredit götürmüşəm, hər ay 172 manat ödəyirəm. Ona görə, çox çətin vəziyyətdəyik”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik. O, məsələnin araşdırılacağını bildirdi.

Aynurə İSMAYIL

Hurriyyet.az

Chosen
44
hurriyyet.az

1Sources