EN

Hikmət Hacıyevdən Avropa Komissiyasının "rus qazı" qarayaxmasına CAVAB: "Təəssüf edirəm ki, məqalədə svop və idxal arasında fərq qoyulmur"

Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Azərbaycanın Rusiya qazını Aİ ölkələrinə ixrac etməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə daha əvvəl Politico-nun Avropa nəşri yazmışdı.

Makfi qeyd edib ki, Azərbaycan qazının Aİ-yə ötürüldüyü Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır.

Öz növbəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Makfinin dediklərini təsdiqləyib və əlavə edib ki, Azərbaycan bu il Rusiya Federasiyasından qaz idxal etməyib.

Hacıyevin sözlərinə görə, nəşr idxal olmayan svop əməliyyatından yazıb. “Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr olur və bu normaldır. Təəssüf edirəm ki, məqalədə svop və idxal arasında fərq qoyulmur”, deyə Hacıyev X sosial şəbəkəsində yazıb.

Ülviyyə, Hurriyyet.az

Chosen
29
hurriyyet.az

1Sources