EN

"Sumqayıt"ın yetirməsi "Xankəndi"də

Region Liqasının debütantı “Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, klub "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimlini transfer edib.

22 yaşlı yarımmüdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb.

Qeyd edək ki, Rəhimli Azərbaycanın U-16, U-17 və U-19 yığmalarına da çağırılıb.

İdman.biz

Chosen
8
1
idman.biz

2Sources