EN

Parlamentdə GƏRGİNLİK: deputatlar tənqid etdi, nazir cavab verdi, spikerdən CAVAB: “DƏHŞƏTSİNİZ”

İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır".

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

Deputat bildirib ki, burda bəzi məsələləri qaldırmaqda məqsədi bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır: “Bunu ona görə edirik ki, əlaqədar nazirliklər bunu görüb, bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”.

Səyyad Salahlı qeyd edib ki, camaatın vəziyyəti yaxşıdır: “Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin, 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermer də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”.

Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil”.

Spiker çıxışa imkan verilməməsi ilə bağlı bəzi deputatların narazılığına da toxunub.

“Dediklərinizdən belə çıxır ki, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Kəsirəmsə də, buna görə üzr istəyirəm.

Müzakirələrdə hökumətin, dövlətin gördüyü işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər iş görülür. Əlbəttə, çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaatda da çalxalanma salmasın. Səyyad müəllim, siz dünən dediniz ki, bəzi hökumət üzvləri elə bil nəyisə qəsdən düzgün etmirlər. Bu kim üçün deyilir? Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalı, ya da məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar. Xahiş edirəm ki, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm”.

Rusiya ordusu isə Donetsk vilayətinin Novaya İlinka yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya ilə müharibə zamanı 60-100 min arası Ukrayna hərbçisi həlak olub, təxminən 400 min nəfər isə ağır yaralanıb və bu səbəbdən döyüşlərdə iştirak edə bilmir.
“The Economist” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilir ki, bu rəqəmlər yalnız hərbçiləri əhatə edir və mülki vətəndaşların itkiləri daxil deyil.
Nəşr müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsaslanaraq, rəsmi olaraq açıqlanmayan Ukrayna Silahlı Qüvvələrinin itkilərini qiymətləndirməyə çalışıb. Qərb kəşfiyyatı Rusiyanın itkilərinin 200 min nəfərə yaxın olduğu barədə məlumat verir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Azər Həsrətlə gündəmi müzakirə edir.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Chosen
5
musavat.com

1Sources