EN

Azad edilən ərazilərdə bələdiyyə seçkiləri KEÇİRİLMƏYƏCƏK

Azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.

 

Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.

 

Xatırladaq ki, bələdiyyə seçkiləri yanvarın 29-a təyin olunub.

Chosen
0
42
modern.az

10Sources