EN

Təşviqat yanvarın 6-dan başlayır

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci il yanvarın 6-dan başlayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci ilin yanvarın 6-dan başlayacaq və yanvarın 28-i 00:00-da dayandırılacaq.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib. 

Gülnar Əliyeva

 
Chosen
9
1
qafqazinfo.az

8Sources