EN

Rubl sürətlə ucuzlaşır - 2022-ci ilin Martından bəri bir ilk

Moskva birjasında yuanın məzənnəsi 2022-ci ilin martından bəri ilk dəfə olaraq 15 rublu ötüb.

Marja xəbər verir ki, birjadankənar Forex bazarında dolların məzənnəsi 2022-ci il martın 16-dan bəri ilk dəfə olaraq 110 rublu ötüb.

Forex bazarında avronun məzənnəsi 23 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 115 rublu keçib.

ABŞ-ın yeni sanksiyalarının Rusiyanın onsuz da məhdudlaşdırılmış ticarət kanallarını bağlayacağı qorxusu ilə Rusiya rublu ucuzlaşır. Bir müddət əvvəl ABŞ dolları 100 rublu ötüb keçdi ki, bu da adi rusiyalılar üçün iqtisadiyyatın sağlamlığını qiymətləndirmək üçün psixoloji cəhətdən vacib hədddir. USD/RUB məzənnəsi 2022-ci ilin martından bəri ən zəif dəyəri olan 110,93-u görüb. Analitiklər keçən həftə ABŞ-ın sanksiyaya məruz qalmayan sonuncu Rusiya kreditorlarından biri olan Qazprombank da daxil olmaqla, onlarla maliyyə qurumuna qarşı sanksiyalarına işarə ediblər. Məhdudiyyətlər xarici alıcıların Rusiya ixracına görə ödəmələrini çətinləşdirə bilər. Rublun ucuzlaşması idxal xərclərini artırır. İstehlakçı inflyasiyası hazırda 9 faizə yaxındır ki, bu da mərkəzi bankın ötən ay faiz dərəcələrini 21 faizə qaldırmasına səbəb olub. Bankın dekabr yığıncağında daha bir artımın olacağı gözlənilir.

Chosen
46
1
marja.az

2Sources