EN

Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu

“Birgə” alternativ ictimai-siyasi hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryana qarşı Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə cinayət işinin başlanması xahişi ilə Baş Prokurorluğa və İstintaq Komitəsinə hesabat təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə adı çəkilən ictimai-siyasi hərəkatın Koordinasiya Şurası məlumat yayıb.

İddia olunub ki, Ermənistan-Azərbaycan delimitasiya-demarkasiya prosesində hakimiyyətin bu iki ali nümayəndəsinin hərəkətləri dövləti cinayətlərə uyğundur.

Hərəkat noyabrın 28-də saat 11:00-da Ermənistan hökumətinin binası qarşısında mətbuat konfransı keçirəcəyini bəyan edib.
 

Chosen
201
modern.az

1Sources