EN

Bu MMC 24 min manat CƏRİMƏLƏNDİ

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

 

Bu barədə Sfera.az-a Ağstafa rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, "İnşaatçı-FA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

 

“Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 6 şəxsin rayon ərazisində internet dirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

 

Faktla bağlı Ağstafa rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 24 min manat məbləğində inzibati cərimə edilib”.

 

Qeyd olunub ki, Cəmiyyətin direktoru Fərid Ağayev barəsində də həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilib və F.Ağayev müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib. 

 

Günay 

Chosen
11
34
sfera.az

10Sources